39169dff-973f-4b43-8110-dbd353138a34..jpg

Azərbaycan paralimpiya yığması Almaniyada “gümüş” qazandı

Baxış sayı: 930 dəfə baxılıb.

Azərbaycan paralimpiya yığması Almaniyada “gümüş” qazandı

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvləri
Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha bir medal
qazanıblar.

Komitənin mətbuat xidmətinin yaydığı məlumata görə, kişilərdən ibarət komanda
yarışında iştirak edən Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyev
pnevmatik tapançadan 10 metrə atəşdə gümüş medala yiyələniblər.

Eyni zamanda, Rafiq Əliyev yüksək nəticə göstərərək, dünya çempionatına
lisenziya qazanıb.

Qeyd edək ki, turnir 17-29 sentyabr tarixlərində Perunun paytaxtı Limada
keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.

Source link