4722d208-d157-4c11-a5e3-76f7a351d656..jpg

Azərbaycan Prezidenti: “ASAN xidmət” bizim intellektual məhsulumuzun bir nümunəsidir”

Baxış sayı: 936 dəfə baxılıb.

Azərbaycan Prezidenti: “ASAN xidmət” bizim intellektual məhsulumuzun bir
nümunəsidir”

“ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır.
“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə
qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir”.

AZƏRTAC

xəbər verir ki, bunu Prezidentİlham Əliyev aprelin 18-də Salyan rayonunda
“ASAN xidmət” mərkəzinin açılış mərasimindən sonra Azərbaycan Televiziyasına
müsahibəsində deyib.

Salyan rayonunda açılışı olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz
olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə
metodik dəstək veririk. Son illər ərzində, yəni 10 il ərzində 61 milyon
müraciət olmuşdur. Yəni bu xidmətin yaradılması faktiki olaraq ictimai
xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən
çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual
məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul
ixrac edirik”.

Source link