Azərbaycan rəssamlarının əsərləri Luvrda keçirilən sərgidə nümayiş olunur –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan rəssamlarının əsərləri Fransanın paytaxtı Parisdə Luvr muzeyində
keçirilən Beynəlxalq Müasir İncəsənət sərgisində nümayiş olunur.
“Report” xəbər verir ki, sərgidə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova,
Sahib Əsədli, Təranə Seyid və Vidal Bağırovun əsərləri yer alıb.
Sərgidə azərbaycanlı rəssamlar UNESCO-nun “Beynəlxalq Mədəniyyət Diplomatiyası
Assosiasiyaları”nı təmsil edirlər.
Azərbaycanlı rəssamların əl işlərində ölkəmizin mədəniyyəti, təbiəti və
abidələri öz əksini tapıb.