7d36e9b6-4863-4b07-b7c0-ab19a0a004a2..jpg

Azərbaycan səfirliyindən onu izləməyə başlayan erməni diplomata: “Düşündürücü məlumatlar tapacaqsınız” – FOTO

Baxış sayı: 567 dəfə baxılıb.

Azərbaycan səfirliyindən onu izləməyə başlayan erməni diplomata: “Düşündürücü
məlumatlar tapacaqsınız” – FOTO

Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında
nümayəndəliyi sosial şəbəkə hesabını izləməyə başlayan yeni təyin olunmuş
Ermənistan səfiri Tiqran Balayana səhifədə “düşündürücü məlumatlar tapacağını”
bildirib.

Bu barədə Azərbaycanın diplomatik missiyası “X” sosial şəbəkə platformasında
qeyd edib.

“Cənab səfir Tiqran Balayan, Azərbaycan səfirliyinin hesabına xoş gəlmisiniz.
Özünüz üçün çoxlu aydınladıcı və düşündürücü məlumatlar tapacaqsınız”, –
səfirlik yazıb.

Qeyd edək ki, ötən gün baş nazir Nikol Paşinyanın təklifi və Prezident Vaaqn
Xaçaturyanın sərəncamı ilə Tiqran Balayan Ermənistanın Belçikadakı səfiri və
Ermənistanın Avropa İttifaqı yanındakı nümayəndəliyin rəhbəri təyin edilib.
Təyinatdan sonra o, Azərbaycan səfirliyinin “X” sosial şəbəkə platformasındakı
səhifəsini izləməyə başlayıb.

Mr. Ambassador @tbalayan ,
welcome to the account of the Embassy of Azerbaijan. You’ll find a lot of
eye-opening and thought-provoking information for you.
— AzEmbBe&Lux-AzMissionEU (@AZMissionEU) September 6, 2023

Source link