7a8ed681-5b1d-44fc-9b51-72681f48a3cd..jpg

Azərbaycan – Türkiyə münasibətləri İTV və Haber Globalın ortaq yayımında – VİDEO

Baxış sayı: 732 dəfə baxılıb.

Azərbaycan – Türkiyə münasibətləri İTV və Haber Globalın ortaq yayımında –
VİDEO

İctimai Televiziya və Türkiyənin Haber Global telekanalı arasında ortaq yayım
təşkil olunub.

Yayımın əsas mövzusu Azərbaycan – Türkiyə münasibətləri olub.

Bakı və İstanbuldakı televiziya studiyalarına qoşulan hər iki ölkə təmsilçisi
ekspertlər indiyədək Azərbaycan və Türkiyənin qarşılıqlı əlaqələr tarixini “bir
əsrilik qardaşlıq” kimi səciyyələndiriblər.

Mütəxəssislərin sözlərinə görə, ötən illər ərzində iki ölkə arasında çox sayda
mühüm əhəmiyyətə malik strateji ortaq layihələr həyata keçirilsə də,
inteqrasiya prosesi hələ də geniş perspektivlərə malikdir.

Bildirilib ki, müasir dövrdə Azərbaycan – Türkiyə münasibətləri qlobal siyasi
proseslər fonunda xüsusi dəyər qazanıb. Belə ki, ölkələrdən hər biri digəri
üçün beynəlxalq aləmdə əsl arxa-dayağa çevrilib.

Daha ətraflı aşağıdakı videomaterialda:


Source link