Azərbaycan və Türkiyə arasında vacib protokol imzalandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral
Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə Türkiyənin Energetika və Təbii
Sərvətlər Nazirliyi yanında Mədən və Neft İşləri Baş İdarəsi arasında niyyət
protokolu imzalanıb.
“Report” xəbər verir ki, sənəd iki ölkənin geologiya və dağ-mədən sənayesi
sahəsində əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.
İmzalanma mərasimi Bakıda keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumu
çərçivəsində baş tutub.
Protokola uyğun olaraq qarşılıqlı əməkdaşlığı gücləndirmək və təcrübə
mübadiləsinin təşkili barədə razılığa gəlinib.
Xatırladaq ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik
Forumunda 30 ölkədən 70 mütəxəssis iştirak edir. Ötən gün başlamış forumun
işinə bu gün yekun vurulacaq.