706e0ccf-7bd9-4b07-a470-511028caba72..jpg

Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında 9-cu Qərargah toplantısı keçirilib – FOTO

Baxış sayı: 659 dəfə baxılıb.

Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında 9-cu Qərargah toplantısı
keçirilib – FOTO

İyulun 19-da Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral
Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə HDQ Komandanlığının Təftiş
və Qiymətləndirmə rəisi kontr-admiral Yücel Darcanın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan vitse-admiral S.Bəkirov Azərbaycan ilə
Türkiyə arasında hərbi sahədə əməkdaşlığın qardaşlıq münasibətləri üzərində
qurulduğunu xüsusi vurğulayaraq bu əlaqələrin daim inkişaf etdiyini bildirib.

Qərargah toplantısında iki ölkə arasında hərbi, hərbi təhsil və digər
sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi
aparılıb.

Sonda Azərbaycan və Türkiyə HDQ arasında keçirilən 9-cu Qərargah toplantısının
yekun protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli
çəkdirilib.

Source link