35f452b9-7746-41e0-bac5-8f52aea3f255..jpg

Azərbaycan xalçaları ABŞ-də sərgilənib – FOTO

Baxış sayı: 1. 235 dəfə baxılıb.

Azərbaycan xalçaları ABŞ-də sərgilənib – FOTO

“Azərxalça” ASC və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında əldə
olunmuş razılığa əsasən, Vaşinqtonda Azərbaycan xalçalarının sərgisi keçirilib.

Bu barədə “Azərxalça” ASC-dən məlumat verilib.

Məlumata görə, sərgi USACC-nin ofisinin qalereyasında, “Azərxalça”nın İdarə
Heyətinin sədri Emin Məmmədov və Palatanın icraçı direktoru Natiq Baxışovun
iştirakı ilə baş tutub. Sərgidə nümayiş etdirilmək üçün ABŞ-yə Qarabağ,
Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid 76 ədəd müxtəlif
ölçülü yun və ipək xalça göndərilib. Sərgi iştirakçılarına, eləcə də xalça
satın almaq istəyənlərə yalnız ənənəvi üslubda və rənglərdə deyil, modern
dizaynlı, müasir interyerə daha uyğun, çağdaş zövqə xitab edən pastel rəngli
xalçalar da təqdim olunub.

Sərgini nəzərə alaraq, kənd qadınlarının səlahiyyətlərinin artırılması məqsədi
ilə ABŞ-nin paytaxtı Vaşinqtonda elan olunmuş “Qadın tarixi ayı” çərçivəsində
şəhər meri Mayor Bouzer 27-31 mart tarixlərini “Azərbaycan kənd qadınlarının
gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan edib. Bunu təsdiq
edən sənəd rəsmi şəkildə “Azərxalça”nın nümayəndələrinə təqdim olunub.

Source link