98ca5153-9fa5-441b-b60f-0dc0553b42f4..jpg

Azərbaycan yığmasının baş məşqçisi: “Məqsədlərimizə çatmaq üçün hər cür şərait yaradılır”

Baxış sayı: 772 dəfə baxılıb.

Azərbaycan yığmasının baş məşqçisi: “Məqsədlərimizə çatmaq üçün hər cür şərait
yaradılır”

Komandaya hədəflərə çatmaq üçün bütün lazımi şərait yaradılır.

“Report” xəbər verir ki, bu barədə yunan-Roma güləşi üzrə Azərbaycan
yığmasının baş məşqçisi Aleksandr Tarakanov Xorvatiyanın paytaxtı Zaqrebdə
keçirilən Avropa çempionatından vətənə qayıtdıqdan sonra deyib.

O, komandanın xaricdə, o cümlədən Xorvatiya və Gürcüstanda təlim-məşq
toplanışı keçdiyini vurğulayıb:

“Məqsədlərdən biri də aralıq Avropa çempionatıdır. Bunun üçün səfərdə
təlim-məşq toplanışı keçirdik. Yəni hazırda qarşımıza qoyulan bütün vəzifələri
komanda ilə birlikdə yerinə yetirməyə çalışdıq”, – deyə A.Tarakanov bildirib.

Baş məşqçi onu da vurğulayıb ki, millimizin üzvləri növbəti qələbələrə
hazırdırlar.

“Ən əsası odur ki, uşaqlar yüksək nəticə əldə etmək məqsədi güdürlər”, – deyə
o əlavə edib.

Source link