335d7cea-cf9e-4ab8-a915-bd8ed4698a38..jpg

Azərbaycana idxal olunan sintetik parçalar gömrük rüsumundan azad edilib

Baxış sayı: 924 dəfə baxılıb.

Azərbaycana idxal olunan sintetik parçalar gömrük rüsumundan azad edilib

Azərbaycana idxal olunan kimyəvi saplardan hazırlanmış parçalar – tərkibində
85 kütlə% və ya daha çox teksturasiya edilməmiş poliefir saplar olan boyanmış,
müxtəlif rəngli və çap olunmuş parçalar, sintetik kompleks saplardan
ağardılmamış və ya ağardılmış, boyanmış, müxtəlif rəngli parçalar, neylondan və
ya digər poliamidlərdən və ya poliefirlərdən alınan çox möhkəm saplardan
hazırlanmış digər parçalar 15 faiz gömrük rüsumundan azad edilir.

Bu, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac
gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu
ilədək qüvvədə olacaq.

Source link