ad7cce07-f923-4f75-8c23-2cbdb21f9081..jpg

Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirən Türkiyə vətəndaşına hökm oxundu

Baxış sayı: 793 dəfə baxılıb.

Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirən Türkiyə vətəndaşına hökm
oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycana qaçaqmalçılıq yolu ilə xüsusilə
külli miqdarda qızıl-zinət əşyaları gətirməkdə təqsirləndirilən Türkiyə
vətəndaşı Aktas İsmayılın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən,
Türkiyə vətəndaşı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, yük maşını idarə edən Aktas İsmayıl külli miqdarda qızıl-zinət
əşyalarını Azərbaycanın sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq
yolu ilə keçirib.

Belə ki, o, həmin qızıl-zinət əşyalarını 2021-ci il oktyabrın 24-də saat 7
radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax
rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda
Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu
ilə qəsdən keçirib. Həmin gün “Qırmızı körpü” gömrük postunda keçirilmiş gömrük
yoxlaması nəticəsində qeyd olunan ümumilikdə xüsusilə külli miqdarda 16113,73
qram müxtəlif əyarlı qızıl-zinət əşyaları nəqliyyat vasitəsindən aşkar edilərək
götürülüb.

Source link