8c537ce7-1604-46a7-a3ed-08d8b1720621..jpg

Azərbaycanda bank binası satışa çıxarılır

Baxış sayı: 1. 131 dəfə baxılıb.

Azərbaycanda bank binası satışa çıxarılır

Aprelin 27-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun
ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq
hərraca çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, daşınmaz əmlak Mingəçevir şəhəri, Heydər Əliyev
prospekti 32A ünvanında istifadədə olan 0,0261 hektar torpaq sahəsində yerləşən
(ü/s 278,90 kv.m) qeyri-yaşayış binasıdır.

Daşınmaz əmlakın ilkin satış qiyməti 420 min manatdır. Satış qiymətinin 5
faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü
ərzində sifarişçinin hesabına ödənilməlidir.

Source link