b8d5d61f-859b-4623-8c81-acba7730c1ef..jpg

Azərbaycanda dövlətə məxsus yeməkxana və yeraltı dayanacaq özəlləşdirilib

Baxış sayı: 532 dəfə baxılıb.

Azərbaycanda dövlətə məxsus yeməkxana və yeraltı dayanacaq özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi
növbəti hərracda iki kiçik dövlət müəssisəsi, bir yarımçıq tikili və 23
nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, özəlləşdirilən əmlakların sırasında Oğuzda yerləşən “Şahdağ”
yeməkxanası və Şəkidə yerləşən yeraltı dayanacaq da var.

Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə
ki, hərracda 1 700 manat start qiyməti ilə təklif edilən “Hyundai Getz” markalı
avtomobil 8 000 manata satılıb. İlkin qiyməti 4 000 manata olan VAZ-21723
markalı avtomobil isə 7 900 manata özəlləşdirilib.

Hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 259 370 manat vəsaitin
ödənilməsi nəzərdə tutulur.

Özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp
linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 22 və 29 avqustda keçiriləcək.

Source link