2ca9748d-d871-4c5c-8e15-11999417143d..jpg

Azərbaycanda nəhəng körpünün tikintisi planlaşdırılır – FOTO

Baxış sayı: 787 dəfə baxılıb.

Azərbaycanda nəhəng körpünün tikintisi planlaşdırılır – FOTO

“Azərbaycanda nəhəng körpünün tikintisi planlaşdırılır”.

APA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4
zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin
Qiymətləndirilməsi”nə dair hesabat tədbirində “Gidrotransproyekt” Elmi-tədqiqat
mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, yolun genişləndirilməsində nəzərdə tutulan ərazi sürüşmə
zonası olduğundan həmin ərazidə böyük körpünün inşası planlaşdırılıb.

Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən
böyük yol ötürücüsü olacaq.

Source link