8d0317ba-fd96-42a3-bfd5-a1f1ae241e7b..jpg

Azərbaycanda polad boruların istehsalı iki dəfə artdı

Baxış sayı: 898 dəfə baxılıb.

Azərbaycanda polad boruların istehsalı iki dəfə artdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır
metal məmulatlarının istehsalı sahələrində 158,8 milyon manatlıq məhsul
istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazır metal
məmulatlarının istehsalı sahəsində 4,2 %, metallurgiya sənayesi məhsullarının
istehsalında isə 35,4 % azalma müşahidə olunub.

Hesabat dövründə Azərbaycanda polad boruların istehsalı 2,1 dəfə artıb, polad
tökmə istehsalı 16,4 %, armaturun istehsalı 57,4 %, hazır metal məmulatların
istehsalı sahəsi üzrə isə metaldan konstruksiyaların istehsalı 53,8 % azalıb.

Source link