2636108d-f78d-4f0d-a893-428c5ff5c1bd..jpg

Azərbaycanda pulsuz ilik əməliyyatı üçün nə etmək lazımdır? – Rəsmi açıqlama

Baxış sayı: 658 dəfə baxılıb.

Azərbaycanda pulsuz ilik əməliyyatı üçün nə etmək lazımdır? – Rəsmi açıqlama

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə qaraciyər və böyrək
transplantasiyasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin
transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri də daxil
edilib.

Burada xüsusi diqqəti çəkən isə sümük iliyi transplantasiyasıdır.

Bəs görəsən, bu əməliyyat üçün nələr tələb olunur, xəstələr hansı meyarlarla
seçilirlər?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Yeni Sabah”ın
sorğusuna cavab olaraq bildirilib ki, Xidmətlər Zərfinə daxil olan tibbi
xidmətlərin adları, tarifləri, azadolma məbləği artıq təsdiq olunub:

“Nazirlər Kabinetinin 4 avqust 2023-cü il tarixli 263 nömrəli Qərarına əsasən,
qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin
transplantasiyası tibbi göstərişi olan, müalicə protokolları və kliniki
tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara şamil edilir.
Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının
donorluğu və transplantasiyası haqqında” Qanunun tələblərinə uyğun həyata
keçirilir.

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
tərəfindən Xidmətlər Zərfi ilə təminata alınmış orqan transplantasiyası üzrə
tibbi xidmətlərin maliyyələşməsi həyata keçirilir. Belə ki, həyata keçirilən
əməliyyatlar üzrə tariflər müvafiq tibb müəssisəsinə ödənilir. “Donor
orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını
həyata keçirən tibb müəssisələrinin Siyahısı” ilə
https://e-qanun.az/framework/48132 linkinə
daxil olaraq tanış ola bilərsiniz.

Nazirlər Kabinetinin 06 avqust 2022-ci il tarixli 288 nömrəli Qərarına əsasən,
orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata
keçirən qurum Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və
Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”dir.

Koordinasiya Mərkəzi bu sahədə fəaliyyəti təşkil edir, əlaqələndirir, orqan
donorluğu və transplantasiyasını həyata keçirən tibb müəssisələrinin işini
koordinasiya edir, bu sahədə vahid uçot aparır və informasiya təminatını təşkil
edir. Qurumun fəaliyyəti ilə ətraflı linkə keçid edərək tanış ola bilərsiniz:
https://e-qanun.az/framework/51154

Orqan transplantasiyası ilə bağlı ətraflı məlumat əldə etmək üçün Səhiyyə
Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik”.

Source link