cba62676-3843-4b4b-a9e1-217d6a04eac3..jpg

Azərbaycanda sabiq rəis yarım milyonluq dələduzluqda ittiham olunur – FOTO

Baxış sayı: 909 dəfə baxılıb.

Azərbaycanda sabiq rəis yarım milyonluq dələduzluqda ittiham olunur – FOTO

Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir
Əvəzov barəsində cinayət işi başlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, sabiq idarə rəisi bələdiyyələrə təzyiq
göstərməklə torpaq sahələrini qanunsuz yolla ələ keçirməkdə ittiham olunur.

İttihama görə, Cavanşir Əvəzov vəzifə səlahiyyətlərindən istifadə edərək
bələdiyyələrdən qeyri-qanuni olaraq aldığı torpaq sahələrini yaxınlarının adına
sənədləşdirib.

Cavanşir Əvəzov barəsində Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda
dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə
cinayət işi başlanılıb, barəsində istintaq dövrü müddətində həbsə alternativ
qətimkan tədbiri seçilib.

Cavanşir Əvəzov cinayət işi ilə bağlı bir müddət əvvəl vəzifəsindən azad
olunub.

İş üzrə zərərçəkmiş qismində tanınmış bələdiyyələrə və Əmlak Məsələləri üzrə
Dövlət Xidmətinə dəymiş ziyan 500 min manatdan çoxdur.

İş üzrə məhkəmə araşdırması başlayıb.

Source link