5c6166df-a5d9-4dcc-8ef8-fa0c94ccfa83..jpg

Azərbaycanda tikintiyə yönəldilən investisiyaların həcmi kəskin artıb

Baxış sayı: 1. 159 dəfə baxılıb.

Azərbaycanda tikintiyə yönəldilən investisiyaların həcmi kəskin artıb

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti sektoruna yönəldilən
investisiyaların həcmi 1 milyard 626,4 milyon manat təşkil edib.

APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara
görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 93,7%
çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında yaşayış evlərinin tikintisinə
112,9 milyon manat yönəldilib və ümumi sahəsi 255,6 min kvadratmetr olan
yaşayış evləri istifadəyə verilib.

Xatırladaq ki, hesabat dövründə tikinti müəssisələri tərəfindən (fərdi
sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 72,1%-ni
tikinti, yenidənqurma və genişləndirmə, 16%-ni əsaslı təmir, 8%-ni cari təmir,
3,9%-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 90,3%-ni
qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Source link