0b9f9559-e49c-4866-a24b-7e7eeac95125..jpg

Azərbaycanın adını eşidəndə ermənilərin dizi əsməli, rəngi qaçmalıdır!

Baxış sayı: 809 dəfə baxılıb.

Azərbaycanın adını eşidəndə ermənilərin dizi əsməli, rəngi qaçmalıdır!

Kubra Məhərrəmova yazır…

Hər dəfə düşünürəm ki, daha ermənilər bizi təəccübləndirə bilməz. Xocalı
soyqırımını edən, mart hadisələrini törədən və digər vəhşilikləri edənlərdən
başqa nə gözləyəsən axı?

Amma onları heç sağ olmasınlar, yenə barbarlıqlarını, necə insanlıqdan kənar
varlıq olduqlarını göstərməyi bacardılar.

Artıq neçə gündür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iki əsgərin –
2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirovun və 2003-cü il təvəllüdlü
Hüseyn Əhliman oğlu Axundovun itkin düşməsi barədə məlumat yayıb. Buna səbəb
isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd
ərazisində əlverişsiz – dumanlı hava şəraiti göstərilir. Əsgərlərdən biri
aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.

Bu gün isə itkin düşən ikinci əsgərin Ermənistanda tapılması xəbəri çıxdı. Elə
buna sevinib şükür Allaha, sağ- salamatdır demişdik ki, erməni vəhşiliyini,
məncə bütün vandallığın fövqündə duran erməni xislətini bir daha müşahidə etdik.

Sıravi ermənilər, əli-qolu bağlı, əlisilahsız əsgərimizə olmazın işgəncəsini
verir, hələ bunu videoya da çəkib bizə göz dağı verirlər. Videodan da görünür
ki, bunu hərbçi olmayan ermənilər edirlər. Əsgərimizi təhqir edir, onun ağzına
təpiklə zərbələr endirirlər.

Sonra da bu şərəfsizlər deyir ki, Azərbaycan mediası ermənilərə qarşı nifrət
aşılayır. Ay vicdan yoxsulları, elə düşünürsünüz ki, etdiklərinizin adekvat
cavabı olmayacaq? Erməninin əsl siması budur – köməksiz, əli-qolu bağlı insana
işgəncə vermək, onu məhv etmək.

Bizim əsgərlər döyüş vəziyyətində belə, əlində silah olan erməni əsgərini əsir
alanda onunla bütün qaydalara uyğun rəftar edirlər. Bu barədə xeyli sayda
video, fotomaterial var.

Deməli belə çıxır ki, damarında erməni qanı axan məxluqu əsir alan kimi elə
yerindəcə gülləni təpəsinin ortasından vurmaq lazımdır. Daha ay beynəlxalq
konvensiya-filan axtarası deyilik. Belə görürəm beynəlxalq hüququn dişi elə
bizə, Azərbaycana batır.

İndi o əsgər balanın anasının halına vay. Oğul böyüt, hansısa insanlıqdan
bixəbər erməni dığası əli-qolu bağlı uşağı qanına qəltan eləsin. Biri var
müharibə şəraitində əsgərə belə zülm edəsən, biri də var döyüşlərin aktiv
fazası bitəndən sonra.

Heç şübhəsiz ki, rəsmi Bakı öz əsgərinə, öz övladına sahib çıxacaq. Necə ki,
müharibə dövründə əsir düşən əsgərlərini bir-bir xilas etdi.

Amma biz bunu unutmalı deyilik. Bizə qarşı edilən hər bir vəhşiliyi qeydə
almalı, onların beynəlxalq hüquq və dünya ictimaiyyəti qarşısında cavab verməsi
üçün əlimizdən gələni etməliyik. Ermənilərin Azərbaycan xalqına qarşı törədiyi
bütün hərbi cinayətlərdə əli olan şəxslər, generallar, komandanlar müəyyən
olunub hakim qarşısına çıxardılmalı və layiq olduğu cəzanı almalıdırlar. Bunun
üçün bütün vasitələr bərqərar olunmalı, bütün əlaqələr işə salınmalıdır. Hər
bir erməni bundan sonra hansısa azərbaycanlıya səsini belə qaldırmaq istəyəndə,
cəzasına qovuşmuş digər erməniləri yadına salıb ən azı edəcəyi barədə on dəfə
düşünməlidir.

Azərbaycanın adını eşidəndə ermənilərin dizi əsməli, rəngi qaçmalıdır!

Ermənistan sülhə məcbur edilməlidir, çox təəssüf ki, başqa yol yoxdur.

Source link