65202b2c-0d37-4c95-8b53-d034fadc093b..jpg

Azərbaycanın akrobatika gimnastikası yığması Avropa çempionatında finala yüksəldi

Baxış sayı: 590 dəfə baxılıb.

Azərbaycanın akrobatika gimnastikası yığması Avropa çempionatında finala
yüksəldi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın akrobatika gimnastikası yığması Bolqarıstanın Varna şəhərində
keçirilən Avropa çempionatında finala yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Nəzrin
Zeyniyeva, Zəhra Rəşidova və Anaita Bəşiridən ibarət qrup (gənclər) balans
hərəkətlərində həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi
cütlüyü balans, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə
temp hərəkətlərində qızıl medala sahib olublar.

Source link