f5d996b5-8f83-4feb-953a-773848c1119b..jpg

Azərbaycanın axtardığı türkiyəli biznesmen İtaliyada tutuldu

Baxış sayı: 867 dəfə baxılıb.

Azərbaycanın axtardığı türkiyəli biznesmen İtaliyada tutuldu

Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi türkiyəli
biznesmen tutulub.

“Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin 213.3-cü (vergiləri,
işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta
haqlarını ödəməkdən yayınma) maddəsi ilə ittiham edilən və ölkədən çıxdığına
görə barəsində axtarış elan edilmiş Türkiyə vətəndaşı, 1964-cü il təvəllüdlü
Şükrü Çakır İtaliya polisi tərəfindən saxlanılıb. Onun Azərbaycana
ekstradisiyası üçün tədbirlərin görüldüyü bildirilir.

Məlumata görə, Şükrü Çakır Azərbaycanda bir sıra dövlət layihələrinin
podratçısı olan “Çakır Yapı” şirkətinin prezidentidir.

Source link