517071e4-2111-49f7-b277-d0902d052144..jpg

Azərbaycanın idman QHT-ləri: “Məsul şəxsin barbar hərəkəti iyrənclikdən başqa bir şey deyil”

Baxış sayı: 877 dəfə baxılıb.

Azərbaycanın idman QHT-ləri: “Məsul şəxsin barbar hərəkəti iyrənclikdən başqa
bir şey deyil”

Azərbaycanın idman sahəsindəki qeyri-hökumət təşkilatları (QHT) Ermənistanda
Dövlət Bayrağımızın yandırılması faktı ilə bağlı beynəlxalq ictimaiyyətə
müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:

“Biz – idman sahəsində fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət
təşkilatları olaraq Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə
Avropa çempionatının açılış mərasimi zamanı baş vermiş xoşagəlməz hadisəyə
beynəlxalq idman ictimaiyyətinin diqqətini cəlb etmək məcburiyyətindəyik.
Tədbirin təşkilatçılarından biri Azərbaycan bayrağını yandırıb.

Biz həyatımızı bərabərlik, inklüzivlik və qarşılıqlı hörmətə xüsusi diqqət
yetirməklə idmanın ümumbəşəri dəyərlərinin təşviq olunmasına həsr etmişik.
İstənilən idman yarışında qalib gəlmək mühüm məsələdir, lakin vacib olan təkcə
bu, deyil.

Biz narahatlığımızı və qəzəbimizi ifadə etmək üçün söz tapa bilmirik. Burada
söhbət təkcə hər bir xalq üçün ən müqəddəs olan Dövlət Bayrağından deyil,
bütövlükdə idmanın fundamental dəyərlərinə hörmətsizlikdən gedir.

Bu həftə İrəvana səfər edən idmançılarımız Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərini 30 il ərzində işğal altında saxlayan ölkənin paytaxtına
getdiklərini yaxşı bilirdilər. Buna baxmayaraq, Azərbaycan Ermənistanda
keçiriləcək çempionatda iştirak etmək qərarına gəldi, çünki biz inanırdıq ki,
idmanın əsl ruhu ölkələrimiz arasında gərgin münasibətlərin girovuna
çevrilməməlidir. Yarış iştirakçılarının təhlükəsizliyinə zəmanət verən
təşkilatçıların çoxsaylı bəyanatları da bizi ruhlandırmışdı.

Turnirdə normal şəraitin təmin edilməsinə məsul olan şəxsin bayrağı təhqir
edən barbar hərəkəti iyrənclikdən başqa bir şey deyil. Azərbaycanın sülhü
bərqərar etməyə çalışdığı bir vaxtda Ermənistanda müəyyən dairələr sülh üçün
şans verməməkdə qərarlıdırlar.

Sizi idmanı öz nifrət mesajlarını çatdırmaq üçün alətə çevirmək istəyənlərə
qarşı bizimlə həmrəy olmağa çağırırıq”.

Source link