47011f35-6ec9-4d20-9de3-8474956cdb0d..jpg

Azərbaycanın maliyyə sisteminin inkişaf strategiyasının hazırlanması yekunlaşmaq üzrədir

Baxış sayı: 603 dəfə baxılıb.

Azərbaycanın maliyyə sisteminin inkişaf strategiyasının hazırlanması
yekunlaşmaq üzrədir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Azərbaycanın maliyyə sisteminin inkişafının strategiyası formalaşır və
yekunlaşmaq üzrədir.

“Trend” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru
Fərid Osmanov Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (IBF-2023)
deyib.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi qüvvəyə
mindikdən sonra maliyyə bazarlarında ödəniş səmərəliliyinin formalaşması üzrə
zəruri və təməl tədbirlər başlayacaq. Strateji məqsədimiz növbəti dövrdə açıq
bankçılıq işi konsepsiyasının formalaşması, açıq bankçılıqdan açıq
maliyyələşdirməyə keçidin sürətləndirilməsindən ibarətdir. Bu keçid bank
sektorunda, eləcə də, sığorta və digər kapital bazarlarında açıq verilənlərin
yayılma imkanlarını təşviq etməyimizə imkan verəcək”, – o deyib.

Source link