0cb288ed-81c5-4a8f-983c-7496f4c18e14..jpg

Azərbaycanın qrup hərəkətləri komandası dünya çempionatında finala vəsiqə qazanıb

Baxış sayı: 687 dəfə baxılıb.

Azərbaycanın qrup hərəkətləri komandası dünya çempionatında finala vəsiqə
qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İspaniyanın
Valensiya şəhərində keçirilən 40-cı dünya çempionatında finala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, bu uğura Avropa çempionları, dünya çempionatının
bürünc mükafatçıları Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova və Yelizaveta Luzandan ibarət kollektiv imza atıb.

Onlar qrup hərəkətləri proqramının çoxnövçülük üzrə təsnifat yarışlarında 3
lent və 2 topla hərəkətlərin icrasında finala yüksəliblər.

Source link