f1ec6a00-44eb-4342-881b-01acb58e46e9..jpg

Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub – YENİLƏNİB

Baxış sayı: 817 dəfə baxılıb.

Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub – YENİLƏNİB

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş
üzrə mübarizəyə yekun vurulub.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyində 2 qızıl, 2 gümüş
və 2 bürünc olmaqla, 6 medal qazanıb. Bu nəticələrlə yığma 150 xal toplayaraq
Avropa çempionu olub. Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri
tutub. Bu, sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl 2-ci, ümumilikdə
isə 4-cü qitə çempionluğudur.

Kollektiv medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Yığma həm də
bu göstərici üzrə son 4 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70
kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97
kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc
medal qazanıb.

22:58

Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Xorvatiyanın paytaxtı
Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Cixisyolu.com-ın məlumatına görə, 125 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda
qarşılaşmada italiyalı Abraham Konyedonla üz-üzə gəlib.

Rəqibinə 7:4 hesabı ilə qalib gələn Meşvildişvili qitə üçüncüsü olub.

Bununla da sərbəst güləşçilər yarışı 6 medalla başa vurublar. Daha əvvəl
Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97
kq) və Osman Nurmaqomedov (92 kq) gümüş, Abubakr Abakarov (86 kq) isə bürünc
medal əldə ediblər. Avropa çempionatı aprelin 23-də başa çatacaq.

22:29

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Xorvatiyanın paytaxtı
Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Cixisyolu.com-ın məlumatına görə, 92 kq-da çıxış edən idmançı finalda türkiyəli
Feyzullah Aktürklə üz-üzə gəlib. Görüşün ilk hissəsini öz xeyrinə başa vuran
Nurmaqomedov ikinci yarıda üstünlüyünü qoraya bilməyib.

Yekunda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi fəxri kürsünün ikinci
pilləsinə qalxıb.

21:27

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Xorvatiyanın paytaxtı Zaqrebdə
keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Cixisyolu.com-ın məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan idmançı 3-cü yer
uğrunda qarşılaşmada slovakiyalı Boris Makoyevi sınağa çəkib.

Rəqibinə 7:4 hesabı ilə qalib gələn Abakarov Avropa üçüncüsü olub.

Source link