Azərbaycanın strateji valyuta ehtiyatları bir ildə 10 milyard dollardan çox
artıb
2023-cü il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 62 milyard
570,6 milyon ABŞ dollarına yüksəlib.
APA xəbər verir ki, bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 4 milyard
541,3 milyon ABŞ dolları və yaxud 7,8% artıb.
Son bir ildə isə ölkənin strateji valyuta ehtiyatları 10 milyard 170,1 milyon
ABŞ dolları və yaxud 19,4% artıb.