Azərbaycanın XİN başçısı Ermənistana çağırış edib: “Bakı İrəvanın unikal şansı
qaçırmamasını gözləyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Ermənistandan normallaşma məsələsində konstruktiv mövqe tutmasını
və bu unikal şansı bir daha qaçırmamasını gözləyir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
noyabrın 6-da Buxarestdə rumıniyalı həmkarı Luminica Odobesku ilə birgə mətbuat
konfransında deyib.
O söyləyib ki, Azərbaycanın suverenliyinin tam bərpası Ermənistanla
münasibətlərin normallaşması üçün yeni perspektivlər yaradır. Ancaq XİN başçısı
onu da qeyd edib ki, münasibətlər qarşılıqlı hörmət əsasında normallaşmalıdır
və bu cür normallaşma təkcə Azərbaycan və Ermənistanın maraqlarına cavab
vermir, həm regionda, həm də ondan kənarda digər ölkələrlə əməkdaşlığın
inkişafına imkan yaradacaq.