e12e505f-92b9-47dc-943d-52c5526bd144..jpg

Azərbaycanla münasibətlərin düşməni: Dinlə maskalanan Tehran rejimi – ŞƏRH + FOTO

Baxış sayı: 840 dəfə baxılıb.

Azərbaycanla münasibətlərin düşməni: Dinlə maskalanan Tehran rejimi – ŞƏRH +
FOTO

İrandakı rejim 44 ildir İslam Respublikası adı altında ölkə əhalisini
girovluqda saxlayır. Vətəndaşlar rejimdən xilas olmaq üçün nicatı daha çox
Tehran hakimiyyətinin bəyənmədiyi Qərb dövlətlərinə sığınmaqda görürlər. Bu
günlərdə İran Prezidenti İbrahim Rəisinin sədrliyi ilə keçirilən iclasda
ölkədən beyin axını müzakirə edilib. Bu, imkan düşən kimi bütün təbəqələrin
təmsilçilərinin İrandan qaçmasının göstəricisidir. İctimai, siyasi, mədəni
fəallar rejimin təqib və təzyiqlərindən qurtulmaq üçün mühacirət edirlər.

Yeri gəlmişkən, İran hakimiyyəti təmsilçilərinin övladları da Qərb
dövlətlərində təhsil alır, orada qalıb, yaşamağa üstünlük verirlər. Onların
övladlarının çoxunun hicabsız video və fotoları son günlər sosial şəbəkələri
bəzəyir. Başqa sözlə, ailə üzvlərinin qəbul etmədiyi qaydaları Tehrandakı
mürtəce hakimiyyət 80 milyonluq əhaliyə zor gücünə qəbul etdirməyə çalışır.
Qərb dövlətlərinin, yaxud mütərəqqi ölkələrin vətəndaşları öz ölkələrini tərk
edib yaşamaq, yaxud sığınmaq üçün İranı seçmirlər. Bəs İranı kimlər seçir? Bu
rejimin müxtəlif şirnikləndirici üsullarla ələ aldıqları, yaxud insanların
dini, təriqət təəssübündən istifadə edərək tora saldıqları insanlar, bir də
tamahkarlığının qurbanı olub İrandakı rejimlə əlaqə quranlar. Bu, “İslam
Respublikası”nın dinə bağlılığı onun adında, zorla qəbul etdirilən hicab
qaydalarında görünür. Qalan nə varsa, saxta və yalandır. İran hakimiyyəti 44
ildir vətəndaşlarına islam adı ilə yalan, boş vədlər verir. Bunu son ayların
etiraz aksiyalarında irəli sürülən şüarlar, edilən çıxışlar, habelə
hakimiyyətin bu aksiyalar fonunda verdiyi vədlər, keçirdiyi toplantılardan da
müşahidə etmək olar.

İran hakimiyyəti uzun illərdir Azərbaycan Respublikasında da din və təriqət
amillərindən istifadə edərək 5-ci kolon yaratmağa səy göstərib, yaxud casus
şəbəkəsi formalaşdırıb. İnsanlara dini əsaslarda dövlət, “Kərimə dövləti”
yaradacaqları ilə bağlı vədlər verənlər, əslində, İran hakimiyyətinin
Azərbaycana qarşı tapşırıqlarını həyata keçirirlər. 5-ci kolonçular, yaxud öz
dövlətinə, vətəndaşlarına, böyüdüyü elinə, kəndinə xəyanət edənlər
hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır. Məlum olur ki, İran ali
rəhbərinin Azərbaycan Respublikası üzrə nümayəndəsi “höccətülislam” Əliəkbər
Ocaqnejad dini təbliğat adı altında insanların heysiyyatından mənsub olduğu
rejimin mənafeyinə istifadə edib. Bu, din adından istifadə edən dəllal,
əslində, ayətullah Ruhullah Xomeyninin “İslam inqilabı doktrinası” kimi cəfəng,
çürük ideyasını yaymaqla məşğul olub, ətrafında xainlər şəbəkəsini
formalaşdırıb.

Azərbaycan vətəndaşlarını tələyə salıb, belə zəif iradəli insanlardan
dövlətçiliyə qarşı istifadə edilməsi ilə yanaşı, İran hakimiyyətinin ölkə
ərazisində terror aksiyaları təşkil etdiyi təsdiqlənir. Ötən il Tehranın
Azərbaycandakı səfirliyinə məxsus avtomobildən terror törədilməsində istifadə
ediləcək alətlər tapılmışdı. Bu hadisələrdən sonra “İslam Respublikası”
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu təşkil edib. Aprelin 6-da
isə Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirliyinin 4 əməkdaşını
persona-non-qrata (“arzuolunmaz şəxs”) elan etməsi Tehranın əməllərinin məntiqi
nəticəsi olaraq dəyərləndirilə bilər.

İran hakimiyyəti Azərbaycana qarşı terrordan və narkotik maddələrdən silah
olaraq istifadə edir. O, bununla cəmiyyətin çox az qismini özündən asılı
vəziyyətə salır. Bu rejimin saxta müsəlman təəssübkeşliyi işğalçı, regionda
destruktiv fəaliyyət göstərən Ermənistanı müdafiə etməsi ilə ifşa olunub.
Azərbaycana qarşı törətdiyi cinayətkar əməllərə baxmayaraq, İranın ali rəhbəri
ayətullah Seyid Əli Xameneidən tutmuş yüksək vəzifəli hərbi rəsmilər də daxil
olmaqla bütövlükdə rejimin Ermənistanı müdafiəsinə dair çoxsaylı faktlar
göstərmək olar. Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən
qanunsuz erməni hərbi dəstələrinə təlimat vermək üçün Tehranın bura terrorçu
göndərməsi bu faktlardandır. Həmin hadisədən bir ilə yaxın vaxt keçməsə də,
Tehran rejimi rəsmi Bakının məsələ ilə bağlı sorğusunu cavablandırmayıb.

İran parlamenti rejimin Azərbaycana qarşı törətdiyi terror, saxta əməllərini
ört-basdır etmək məqsədilə ötən gün məlum “bəyanatı” qəbul edib. Bu hakimiyyət
həmin “sənəddə” riyakarlığını saxta Fələstin təəssübkeşliyi ilə gizlətməyə
çalışıb…

Milyonlarla azərbaycanlının vətəndaşı olduğu İran Azərbaycan üçün bütün
baxımlardan ən yaxındır. Təəssüf ki, panfarsist, şovinist mürtəce rejim iki
dövlət arasında münasibətlərin yaxşı olmasına imkan vermir. Çünki bu rejim iki
ölkə arasında münasibətlərinin yüksək səviyyədə olmasından da qorxur.

“Report” İnformasiya Agentliyi

Source link