e303600e-d9e2-431d-9269-d384ceda38cd..jpg

Azərbaycanlı bəstəkar: “Mənim müəlliflik hüquqlarım burada yox, Almaniyada qorunur”

Baxış sayı: 642 dəfə baxılıb.

Azərbaycanlı bəstəkar: “Mənim müəlliflik hüquqlarım burada yox, Almaniyada
qorunur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənim müəlliflik hüquqlarım burada yox, Almaniyada qorunur”.

APA xəbər verir ki, bunu bəstəkar Əməkdar artist Rain Sultanov Bakıda
keçirilən Musiqi Forumunda panel müzakirə zamanı deyib.

Bəstəkar 90-cı illərdə buraxdığı albomdan sonra Azərbaycan Bəstəkarlar
İttifaqına müraciət etdiyini, lakin bununla bağlı cavab almadığını deyib:

“Müəlliflik hüquqları anlayışı çox ciddi məsələdir. Azərbaycan musiqisi böyük
bir xəzinədir, onu onlayna köçürmək, müəlliflik hüququna sahib çıxmaq lazımdır”.

Rain Sultanovun fikirlərinə cavab olaraq, Əqli Mülkiyyət Agentliyinin Aparat
rəhbəri Xudayat Həsənli qeydiyyat üçün Bəstəkarlar İttifaqına yox, agentliyə
müraciət etmək lazım olduğunu bildirib:

“Bu o qədər də çətin prosedur deyil. Bir həftə ərzində sizin müəlliflik
hüququnuz barədə sizə geridönüş ediləcək, məsələ həllini tapacaq”.

Source link