175f8479-ee89-49bc-8732-84314ff90fab..jpg

Azərbaycanlı dünya çempionu: “Ən böyük dəstəkçim həyat yoldaşımdır” – VİDEO

Baxış sayı: 683 dəfə baxılıb.

Azərbaycanlı dünya çempionu: “Ən böyük dəstəkçim həyat yoldaşımdır” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ən böyük dəstəkçim həyat yoldaşımdır. O, mənim döyüşlərimi, rəqiblərimi
analiz edir. Hətta ABŞ-də keçirilən Dünya Oyunlarına həyat yoldaşımla birlikdə
hazırlaşırdım”.

Bunu Baku TV-yə açıqlamasında peşəkar kikboksçu, dünya çempionu Bəhram
Rəcəbzadə deyib.

“Glory 87”də peşəkarlar arasında keçirilən döyüşdə qalib gələn idmançımız
ikinci rəqibi ilə görüşə yaralı halda çıxdığını deyib:

“İlk döyüşdə bütün damarlarım, vətərlər qırılmışdı. Buna görə də ikinci
döyüşüm çox çətin keçdi. Hətta həkimlər mənə döyüşməyə icazə vermirdilər. Çünki
ayağımdan qan axırdı. Onlardan 5 dəqiqə vaxt istədim. Vedrəni ayağımın altına
qoydum ki, qan ora axsın. Sonra vazelini götürüb yaranın içinə doldurdum, dəri
ilə üzərini “svarkaladım”. O ayaqla döyüşə çıxdım və qalib gəldim”.

B.Rəcəbzadə MMA döyüşlərindən də danışıb və bu idman növünü sevmədiyini
bildirib:

“MMA döyüşlərinə rastıma düşəndə baxıram. Amma xoşlamıram. Mənim fikrimcə, MMA
idman növü deyil. Çünki hər yerdə – yatanda, qaçanda, havada vurursan və bu,
mənə ləzzət etmir”.

Ətraflı süjetdə:


Source link