Azərbaycanlı hərbçi-alim Rusiya Cərrahlarının Qurultayında xüsusi hesabatla
çıxış edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 24-dən 26-dək Moskvada Rusiya Cərrahlarının XV Qurultayı və Moskva
Cərrahlarının IX Konqresi keçirilir.
Burada ümumi cərahiyyənin müxtəlif sahələri üzrə mütəxəssislər iştirak edirlər.
Tədbirin ikinci günündə, oktyabrın 25-də “Hərbi-səhra cərahiyyəsi: Ekstremal
şəraitdə iş” bölməsində Azərbaycan Hərbi Cərrahlar Cəmiyyətinin təsisçisi,
ehtiyatda olan hərbi tibbi xidmət polkovniki, hazırda mülki tibb sahəsində
çalışan professor həkim Kənan Yusif-zadə “Hərbi münaqişə şəraitində hərbi səhra
hospitalında müxtəlif xəsarətlərin müalicəsinin təşkili” mövzusunda xüsusi
hesabatla çıxış edib. Hesabat İkinci Qarabağ müharibəsi dövrünü əhatə edib.
Həmyerlimiz çıxışı zamanı 44 günlük müharibə zamanı şəxsi heyət arasında
müşahidə olunan xəsarətlər arasında müxtəlif növ PUA-ların tətbiqi nəticəsində
meydana gələn xəsarətlərin üstünlük təşkil etdiyini qeyd edib. O, bildirib ki,
azərbaycanlı hərbi həkimlər həmin günlərdə müasir çağırışların öhdəsindən
müvəffəqiyyətlə gəliblər.
K.Yusif-zadənin təqdimatı rusiyalı cərrahlar tərəfindən böyük maraqla
qarşılanıb.
Qeyd edək ki, K.Yusif-zadə Moskvaya Qurultayın sədri, Rusiya Elmlər
Akademiyasının üzvü, akademik, tibb elmləri doktoru, Rusiya Cərrahları
Cəmiyyətinin rəhbəri A.V.Şabunin tərəfindən dəvət olunub.