058c4d5d-d78e-4d65-8b9c-423ab7e21636..jpg

Azərbaycanlı müğənni “Ankara Marşı”nı yeni üslubda təqdim etdi – VİDEO

Baxış sayı: 683 dəfə baxılıb.

Azərbaycanlı müğənni “Ankara Marşı”nı yeni üslubda təqdim etdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2018-ci ildə bacım qızı Aylanın israrı ilə kinoteatrda ailəlikcə “Ayla” adlı
filmi izlədik. Bütün tamaşaçıların göz yaşları sel kimi axırdı. Çox təsirli
idi. Orada səslənən “Ankara Marşı” bütün fikirlərimə hakim kəsildi”.

Bunu “Ankara Marşı”nı yeni tərzdə ifa edən azərbaycanlı bəstəkar-müğənni Rəşad
İsmayıl Cixisyolu.com-a bildirib.

O qeyd edib ki, ifasını Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü
ildönümünə həsr edib:

“29 oktyabr 1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən Türkiyə Cümhuriyyəti
elan edildi. Respublikanın yaradılmasının 10-cu ildönümündə şair Mehmet Ali
Ertekin “Ankara” adlı şeir səsləndirdi. Buna biganə qalmayan bəstəkar Halil
Bedii Yönetken isə həmin şeirə mahnı yazdı.

Həmin mahnını mən ilk dəfə “Ayla” filmində dinlədim və çox sevdim. Film
Türkiyə əsgərlərinin Cənubi Koreyada müharibədə iştirakından bəhs edir. Orada
bir türk əsgər müharibədən sonra dağıntılar altından beş-altı yaşında bir
koreyalı qızı çıxarır. Qız türkcə başa düşmür deyə adını deyə bilmir, onun
adını həmin əsgər Ayla qoyur və ona qızı kimi baxır”.

Müğənni bildirib ki, mahnı üçün klipin çəkilişləri bu ilin avqust-sentyabr
aylarında Türkiyənin paytaxtı Ankarada, eləcə də İstanbul şəhərində baş tutub:

“Oktyabrın 29-da Türkiyə Respublikasının yaradılmasının 100 ili tamam olur.
Bildiyiniz kimi, Azərbaycanda mən vətənpərvər mahnıların ifaçısı kimi
tanınıram. Qardaş ölkə Türkiyənin bu əlamətdar gününə biganə qala bilmədim.
Böyük sevgi və qürurla bu layihəni həyata keçirdim. Yaşasın Azərbaycan-Türkiyə
qardaşlığı! Yaşasın böyük türk dünyası!”


Source link