5a2c179f-7c90-4f29-8ca3-7fb072a26bec..jpg

Azərbaycanlı musiqişünas Rusiya Bəstəkarlar İttifaqının üzvü seçildi

Baxış sayı: 1. 016 dəfə baxılıb.

Azərbaycanlı musiqişünas Rusiya Bəstəkarlar İttifaqının üzvü seçildi

Azərbaycanlı bəstəkar, pianoçu və musiqişünas Riad Məmmədov Rusiya Bəstəkarlar
İttifaqının üzvü seçilib.

Kulis.az xəbər verir ki, Rusiya Bəstəkarlar İttifaqının növbəti iclasında
təşkilata yeni üzvlər seçiliblər.

Onların arasında soydaşımız, bəstəkar, pianoçu və musiqişünas, caz və klassik
musiqi əsərlərinin mahir ifaçısı Riad Məmmədov da var.

Riad Məmmədov Bakıda dünyaya gəlib. P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasının və aspiranturasının “fortepiano” ixtisası üzrə məzunu olan
həmyerlimiz, həm də bir çox beynəlxalq festivalların iştirakçısıdır.

Source link