8b464585-3167-45ee-8d75-2bc0c3697772..jpg

Azad edilmiş ərazilərdə su elektrik stansiyalarının tikintisinin detalları AÇIQLANDI

Baxış sayı: 537 dəfə baxılıb.

Azad edilmiş ərazilərdə su elektrik stansiyalarının tikintisinin detalları
AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi çərçivəsində
bu günə kimi 14 yerdə su elektrik stansiyası (SES) tikilərək yenidən qurulub və
hazırda 3 stansiyada işlər tamamlanır”.

“APA-Economics” xəbər verir ki, bunu “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev
deyib.

Onun sözlərinə görə, hazırda 9 yerdə SES-lərin tikintisi davam edir. Eyni
zamanda, həmin ərazilərdə stansiya və yarımstansiyalar bərpa edilir.

Baba Rzayev qeyd edib ki, bu günə kimi Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə
yarımstansiya tikilərək istismara verilib və 700 km-dən artıq 330 və 110
kVt-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən
ərazilərə 100 faiz enerji çatdırılıb. Ən əsası bütün yarımstansiyalar
Azərbaycanın ümumi enerji sisteminə qoşulub.

Source link