11fce082-7ae4-468f-830d-5ec69d66b979..jpg

Azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Baxış sayı: 686 dəfə baxılıb.

Azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa
çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi
müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2023-cü il saat
15:00-da satışa çıxarılacaq.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut
xətləri üzrə bilet satışıwww.yolumuzqarabaga.az
portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları
sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən
vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün
deyil.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları
2022-ci il yanvarın 24-də istifadəyə verilib.

Source link