c9e82d13-cf1d-4853-a399-cd43d1b6589d..jpg

AZAL-ın aldığı yeni təyyarələr 2028-ci ildən istismara veriləcək

Baxış sayı: 765 dəfə baxılıb.

AZAL-ın aldığı yeni təyyarələr 2028-ci ildən istismara veriləcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “A320neo” və “A321neo” laynerləri daxil
olmaqla “A320neo” ailəsinə aid 12 “Airbus” təyyarəsi 2028-ci ildən etibarən
istismara veriləcək.

“Report” xəbər verir ki, bunu AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev
jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2028-ci ildən etibarən hər il 4 ədəd təyyarə bizim
istismara veriləcək.

S.Rzayev vurğulayıb ki, bu gün AZAL-ın tarixində mühüm hadisədir:

“Hazırda aldığımız təyyarələr həm yanacaq qənaəti, həm də effektivliyi
baxımından çox böyük göstəricilərə malikdir. Bu, gələcəkdə AZAL-ın bir şirkət
kimi effektliyinin təmin edilməsinə xidmət edəcək. Həmçinin biz biletlərin
qiymətinin cəlbediciliyini, əlçatanlığını əhali üçün təmin edəcəyik. Bu bizim
üçün ən vacib addımlardan biridir”.

Source link