ÇıxışYolu.Com - Şamaxıda yollar buz bağlayıb

ÇıxışYolu.Com – Şamaxıda yollar buz bağlayıb

Baxış sayı: 3. 633 dəfə baxılıb.

ÇıxışYolu.Com - Şamaxıda yollar buz bağlayıb

Şamaxıya yağan qar yolların buz bağlamasına səbəb olub.

ÇıxışYolu.Com xəbər verir ki, iki gündür qarın yağması avtomobil yollarına təsirsiz ötüşməyib.

Ağsu dolaylarında qış mövsümünə hazır olmayan avtomobillərin sürücüləri çətin anlar yaşayıblar.

Şaxtalı hava səbəbindən buz bağlayan Şamaxı-Çöl Göylər-Padar yolunun enişli-yoxuşlu nöqtələrinə, sərt döngələrinə qum-duz qarışığı səpilib. Yolda növbəli əsasda işçi qrupunun üzvləri fəaliyyət göstərir.

Şaxtalı hava üzündən sürücülərə axşam saatlarında yola çıxmamaq tövsiyə edilir.

.