82a28c65-0845-4b7e-8b1a-9df97d0fa6c6..jpg

Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının ilk qalibləri bəlli olub – FOTO

Baxış sayı: 961 dəfə baxılıb.

Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının ilk qalibləri bəlli olub
– FOTO

Martın 24-də Milli Gimnastika Arenasında start götürən bədii gimnastika üzrə
28-ci Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, çempionatın birinci günündə 2008-2010-cu il təvəllüdlü
gənclər və 2007-ci il təvəllüdlü idmançılar halqa, top, gürzlər və lentlə
təsnifat mərhələsində çıxış ediblər və çoxnövçülükdə qaliblər bəlli olub.

Gənclərin yarışında Nuray Əhmədzadə bütün rəqiblərini qabaqlayaraq fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. Şəms Ağahüseynova yarışı ikinci, Nəzrin
Abdullayeva isə üçüncü pillədə başa vurublar.

Böyük yaşlı gimnastların mübarizəsində Zöhrə Ağamirova birinci olub. Alina
Gözəlova gümüş, İlona Zeynalova isə bürünc medal əldə ediblər.

Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman
Məktəbi, Gəncə-Naftalan, “Grasiya” idman klubu, Zirə və Sumqayıt üzrə
ümumilikdə 53 gimnast gücünü sınayır.

Çempionata martın 25-də yekun vurulacaq.

Source link