6b11a264-3d30-4f0b-ad40-5b623848abde..jpg

Bədii gimnastika üzrə Azərbaycan yığması “Sofia Cup”da iştirak edəcək

Baxış sayı: 972 dəfə baxılıb.

Bədii gimnastika üzrə Azərbaycan yığması “Sofia Cup”da iştirak edəcək

Bədii gimnastika üzrə Azərbaycan yığması “Sofia Cup” beynəlxalq turnirində
iştirak edəcək.

Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, komanda bu
məqsədlə yarışın təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yollanıb.

Böyüklər arasında Mədinə Dəmirova və İlona Zeynalova, gənclərin yarışında isə
Nuray Əhmədzadə ilə Şəms Ağahüseynova Azərbaycanı təmsil edəcəklər.

Bu gün start götürəcək “Sofia Cup” aprelin 11-dək davam edəcək.

Source link