f0ecbfc6-c46a-48dd-b474-a6e102b86c1b..jpg

Bərdədə qumbaraatan satmaq istəyən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 727 dəfə baxılıb.

Bərdədə qumbaraatan satmaq istəyən şəxs saxlanılıb – FOTO

Bərdədə qumbaraatan silahını 3300 manata satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış
məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər
Cinayət Məcəlləsinin bir neçə maddəsinə görə məhkumluq həyatı yaşamış Ramil
Vəliyev tutulub.

Onun yaşadığı ünvandan “RPQ” markalı qumbaraatan silahı aşkar edilərək
götürülüb. Dindirilmə zamanı o, bir müddət əvvəl həmin silahı tapdığını və öz
yaşadığı ünvana gətirərək gizlətdiyini deyib. Silahı 3300 manata satmaq məqsədi
ilə özündə saxlayaraq təhvil vermədiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Source link