80604af2-17c1-4cc8-b40b-b4650adcd9e5..jpg

Bərdədə silahlı insident olub, yaralanan var

Baxış sayı: 951 dəfə baxılıb.

Bərdədə silahlı insident olub, yaralanan var

Bərdədə silahlı insident olub, yaralanan var.

“Report”un Qarabağ bürosunun hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə,
hadisə bu gün axsam saatlarında Bərdə şəhəri, 26-lar adlanan ünvanda qeydə
alınıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a bildirilib ki,
1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu
1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət
yetirib.

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti
qənaətbəxşdir.

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində
saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Source link