Bağlanan bankların avtomobilləri satıldı

Bağlanan bankların avtomobilləri satıldı

Baxış sayı: 2. 646 dəfə baxılıb.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 27 mart və 3 aprel 2018-ci il tarixlərində ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

ÇıxışYolu.Com Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı bir ədəd “Toyota Avalon”, beş ədəd “Toyota Corolla”, iki ədəd “Mitsubishi Lancer”, dörd ədəd “Hyundai Accent”, bir ədəd “Daewoo Nexia”, bir ədəd “Jeep Grand Cherokee” minik avtomobilləri və iki ədəd bankomat hərracda satılıb.

Ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, bir ədəd “Lexus LS460” avtomobil və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı bir ədəd “QAZ-3302-18” yük avtomobili satılıb.

.
www.ÇıxışYolu.Com