Bağlanan üç bankın avtomobilləri satıldı – RƏSMİ

Bağlanan üç bankın avtomobilləri satıldı – RƏSMİ

Baxış sayı: 6. 921 dəfə baxılıb.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib. 

ÇıxışYolu.Com fonda istinadən xəbər verir ki, hərracda ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı iki ədəd “Toyota Camry”, bir ədəd “Lexus LX-570”, bir ədəd “Mitsubishi Outlander”, bir ədəd “Toyota Corolla”, bir ədəd “Mitsubishi Lancer”, iki ədəd “Ford Transit Connect” markalı avtomobillər və dörd ədəd bankomat satılıb.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı Şabran rayonunda yerləşən torpaq sahəsi və iki ədəd bankomat satılıb.

Həmçinin  ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı bir ədəd QAZ-3110, bir ədəd “Toyota Camry” və bir ədəd “Toyota Land Cruser” markalı avtomobil hərracda satılıb.

Bundan başqa, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı bir ədəd qeyri-yaşayış sahəsi, ləğv prosesində olan “Zaminbank” ASC-nin balansındakı bir ədəd “Ford Transit Connect” və “Range Rover” markalı avtomobillər alıcı tapıb. 

Hərracda bir neçə avtomobillə xüsusi maraq olduğundan yekun satış qiyməti ilkin qiyməti xeyli üstələyib.

Belə ki, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı “Toyota Camry” avtomobilinin (2014-ci il buraxılışı) ilkin qiyməti 34 070 manat olduğu halda, satış qiyməti 40 890 manat, “Mitsubishi Outlander” avtomobilinin ilkin qiyməti 18 570 manat olduğu halda, satış qiyməti 25 638 manat təşkil edib.

.
www.ÇıxışYolu.Com