Bakı aeroportunda İsrail vətəndaşı saxlanılıb

Bakı aeroportunda İsrail vətəndaşı saxlanılıb

Baxış sayı: 5. 946 dəfə baxılıb.

Bakı aeroportunda İsrail vətəndaşı polis tərəfindən saxlanılıb.

ÇıxışYolu.Com xəbər verir ki, Bakı aeroportunda polis İsrail vətəndaşının çantasından bir neçə güllə aşkarlandığına görə saxlayıb.

Qadının sözlərinə görə, o səfərə çıxarkən, İsrail Silahlı Qüvvələrində xidmət keçən qızının çantasını təsadüfən özü ilə götürüb. Ola bilsin ki, qız güllələri çantada unudub.

İsrailin Bakıdakı konsulu Lilah Atias situasiyanı nizama salmaq üçün aeroporta gəlib. Buna baxmayaraq, Bakıda istintaq sona çatana qədər israilli qadının saxlanılmasını təkid edirlər.

www.ÇıxışYolu.Com