Bakı, Ankara və Kiyev üçtərəfli əməkdaşlıq formatı yaradır

Bakı, Ankara və Kiyev üçtərəfli əməkdaşlıq formatı yaradır

Baxış sayı: 5. 498 dəfə baxılıb.

Bakıda martın 6-da Azərbaycan, Türkiyə və Ukrayna arasında üçtərəfli siyasi müşavirələr aparılacaq.   

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bəyanat verib

“Bununla əlaqədar Türkiyə və Ukraynanın xarici işlər nazirləri Ümid Yalçın və Vasili Bodnar Azərbaycana səfər edəcək”, – deyə Xudiyev bildirib.

Xudiyev qeyd edir ki, müşavirələrin məqsədi Azərbaycan, Türkiyə və Ukrayna arasında yeni üçtərəfli əməkdaşlıq formatı yaratmaqdır.

“Müşavirələrin gedişində siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlıq məsələlərinə baxılacaq, onların inkişaf və  beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqə perspektivləri müzakirə olunacaq”, – deyə diplomat bildirib.

Səfir qeyd edib ki, tərəflər yeni format çərçivəsində ölkələr arasında yükdaşımaları və Xəzər dənizi və Qara dənizlə enerji resurslarının nəqlini müzakirə edəcək.

Xatırladaq ki, ötən ilin oktyabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edib.

Poroşenko ilə Ərdoğan arasında danışıqlar 45 dəqiqə planlaşdırılsa da, 3 saatdan çox çəkib. Liderlər doqquz saziş imzalayıb və ölkələr arasında ticarət dövriyyəsini 10 milyar dollara çatdırmaq barədə razılaşıb.

www.ÇıxışYolu.Com