3332aa41-9454-4b6e-b351-dcd774e9bbf8..jpg

Bakı Media Mərkəzinin icraçı direktoru: “Bir sıra studiyalar filmlərin tərcüməsinə icazə vermir”

Baxış sayı: 708 dəfə baxılıb.

Bakı Media Mərkəzinin icraçı direktoru: “Bir sıra studiyalar filmlərin
tərcüməsinə icazə vermir”

“Filmlərin Azərbaycan dilinə tərcümə edilməsini istəyirik”.

Cixisyolu.com xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: reallıq, çağırışlar və
hədəflər” mövzusunda Kino Forumu çərçivəsində “Biznes. Kino və digər
audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” panelində
kinoteatrlarda xarici dildə yayımlanan filmlərin Azərbaycan dilinə tərcümə
edilməsi ilə bağlı müzakirə zamanı Bakı Media Mərkəzinin icraçı direktoru Orman
Əliyev deyib.

O qeyd edib ki, bir sıra studiyalar filmlərinin tərcüməsinə icazə vermir:

“Tərcümə edilməsi üçün ödəniş olunmalıdır. Bu məsələlərdə dövlət dəstək
göstərə bilər. Dünyada da belə bir təcrübə var”.

Nəzrin Vahid

Source link