“Bakı Metropoliteni” yeni tipli turniketlər quraşdırır

“Bakı Metropoliteni” yeni tipli turniketlər quraşdırır

Baxış sayı: 2. 266 dəfə baxılıb.

“Bakı Metropoliteni” QSC-də təchizatın müasir standartlar səviyyəsində qurulması və buna uyğun olaraq, kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin artırılması məqsədilə daha bir istiqamətdə mühüm addım atılır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Türkiyənin “KentKart EGE Elektronik” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidənqurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır. 

Bu günlərdə yeni alınan qurğuların idarə edilməsi sistemlərinin proqram təminatının daha da dərindən öyrənilməsi məqsədilə metropolitenin bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərinə ezam olunub. Təlim-tədris prosesinin daha məhsuldar və keyfiyyətlə təşkil edilməsi məqsədilə səfər iki qrupda təşkil edilib.

Təlimlərdə texniki prosesin tətbiqini, o cümlədən turniketlərin validatorlarının LED panelinin dəyişdirilməsi və quraşdırılması, mexanizmlərin tənzimlənməsi və təmiri prosesini mənimsəyiblər.

Qeyd edək ki, 8 avqust 2015-ci ildən metroda vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Metropolitenin yenidən qurulan stansiyalarında müasir tələblərə cavab verən turniketlərin quraşdırılması prosesi davam etdirilir.

Aparılan təhlillərə əsasən, gur saatlar, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı “Sahil”, “Gənclik” və “Koroğlu” stansiyalarında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, ABNM-lərdə əlavə turniketlər quraşdırılıb.

Təmir olunan “Xətai” və “Bakmil” stansiyalarında müvafiq turniketlərin quraşdırılması nəzərdə tutulub. Sərnişin axınının təhlillərinə əsasən, gələcəkdə digər stansiyalarda əlavə turniketlərin quraşdırılmasına ehtiyac yaranarsa, bu tip qabaqlayıcı addımlar atılacaq.

.
www.ÇıxışYolu.Com