c56f4d6c-f254-438d-a948-dbe923a00a53..jpg

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti bərpa olunub – YENİLƏNİB + FOTO

Baxış sayı: 692 dəfə baxılıb.

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti bərpa olunub – YENİLƏNİB + FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi
ərazisindən keçən hissəsində təmir-bərpa işləri başa çatıb, avtomobillərin
hərəkətində məhdudiyyət yoxdur.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edək ki, ötən gün yağan güclü yağışdan sonra dağlardan gələn sel suları
nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm
kəndi ərazisindən keçən hissəsi təmirə bağlanmışdı.

14:13

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti qismən bərpa
olunub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qeyd edilib ki, ötən gün sel sularının M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun
Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə ziyan vurması nəticəsində
yolun 194-205 kilometrliyində yaranan problemin aradan qaldırılması üçün AAYDA
tərəfindən hadisə baş verdiyi andan etibarən tədbirlər görülür, əraziyə xüsusi
texnikalar və canlı qüvvə səfərbər olunub.

Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarından
etibarən Göyçay rayonu istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti tam
bərpa olunub.

Hazırda yolboyu hərəkətin tam bərpa olunması istiqamətində işlər davam
etdirilir və gün ərzində bu işlər də tam yekunlaşacaq.

Source link