e9846200-d39e-4661-af7c-bb82b71974ea..jpg

Bakıda ər keçmiş arvadını gözəllik salonunda qətlə yetirdi – YENİLƏNİB

Baxış sayı: 748 dəfə baxılıb.

Bakıda ər keçmiş arvadını gözəllik salonunda qətlə yetirdi – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 26-sı 1987-ci il təvəllüdlü Pərvanə Tanrıverdiyevanın ölməsi barədə
Xətai Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1982-ci il təvəllüdlü Zamin Tanrıverdiyevin Xətai rayonu
ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə
zamanı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək
qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs
qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

20:16

Bakıda keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Cixisyolu.com-a verilən məlumata
görə, oktyabrın 26-də saat 19 radələrində paytaxtın Xətai rayonunda 1987-ci il
təvəllüdlü Pərvanə Mirkazım qızı Tanrıverdiyevanın kəsilmiş-deşilmiş
xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı
1982-ci təvəllüdlü Zamin Teyyub oğlu Tanrıverdiyev könüllü polisə gələrək
təslim olub.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Source link