b24028ce-c21d-4e10-9e43-8db5cde741e9..jpg

Bakıda 41 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı – YENİLƏNİB

Baxış sayı: 813 dəfə baxılıb.

Bakıda 41 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı –
YENİLƏNİB

Paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən
mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovu öldürməkdə şübhəli
bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən
keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1998-ci il təvəllüdlü
Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

10:39

Aprelin 23-də saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən
Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik
İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə
əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə
cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Source link